!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa sanksiyalardan qorxdu - "Şimal axını-2" layihəsindən geri çəkilir

!Reklam – Yazi

Fransanın “Engie” şirkəti “Şimal axını-2” qaz kəməri layihəsinin maliyyələşdirilməsini dayandıra bilər.

Yenicag.Az OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Pyer Şareyra bildirib. Onun sözlərinə görə, əgər ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə minsə, sanksiyalardan yayınmaq üçün şirkət bu addımı atmağa məcbur qalacaq.

Bununla yanaşı, “Engie” hazırda layihəyə yatırılan ümumi investisiyaların 10%-ni təmin edir. Beynəlxalq sanksiyalar yalnız gələcək maliyyə transferlərinə təsir edə bilər.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ konqresi Rusiya qarşı sanksiyalar barədə qanun layihəsi qəbul edib. Sənəd ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiya qazının Baltik dənizinin dibilə Almaniyaya nəqlini nəzərdə tutur. Boru kəmərinin uzunluğu 1220 kilometr, gücü isə ildə 55 milyard kubmetr olacaq. O Rusiya resurs bazası ilə Avropa istehlakçıları bazarını birbaşa əlaqələndirəcək. Obyektin tikintisi 2018-ci ildə başlayıb 2019-cu ilin sonunda başa çatmalıdır.

Rusiyanın “Qazprom”, Almaniyanın “E.ON SE” və “BASF SE/Wintershall Holding GmbH.”, həmçinin “Royal Dutch Shell Plc.” (İngiltərə-Hollandiya), “OMV AG” (Avstriya) və “Engie S.A” (Fransa) şirkətləri “Şimal axını-2” layihəsinin səhmdarları qismində çıxış edir.

Yenicag.Az

www.yenicag.az

1027
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv