Fransa səfiri buna görə Rusiya XİN-ə çağırıldı

Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Səfirin Fransanın xarici işlər naziri Stefan Sejurnenin Rusiya ilə bağlı açıqlamalarına görə XİN-ə çağırıldığı deyilir.

Fransanın Avropa və xarici işlər naziri S.Sejurnenin Fransa tərəfinin Rusiya rəsmiləri ilə danışıqlara maraq göstərməməsi ilə bağlı son açıqlamaları, eləcə də Rusiya tərəfinin bəyanatlarında yalan məlumatlar olduğuna dair iddialarına görə Fransa səfirinə reallıqla heç bir əlaqəsi olmayan bu cür bəyanatların qəbuledilməz olduğu bildirilib.

“Biz Fransa XİN başçısının bu bəyanatlarını iki ölkə arasında hər hansı dialoqun mümkünlüyünü pozmağa yönəlmiş Fransa tərəfinin şüurlu və düşünülmüş hərəkəti kimi qiymətləndiririk”, – XİN qeyd edib.

COP29