Fransanın Ankaradakı səfri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Yenicag.az-ın Türkiyə bürosunun məlumatına görə, buna səbəb terror qruplaşmalarını dəstəkləyən şəxslərin Türkiyə əleyhinə aksiya keçirərək şüarlar səsləndirmələri olub.
XİN-ə çağırılan səfir Herve Maqroya Türkiyə əleyhinə başladılan qara təbliğat kampaniyası və bəzi siyasətçilərin buna alət olmasından rəsmi Ankaranın duyduğu narahatlıq çatdırılıb.
Bundan başqa, Trükiyənin Parisdəki səfirliyi vasitəsilə məsələ ilə bağlı qətiyyətli etiraz Fransa rəsmi qurumlarına da bildirilib.