Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fransa Senatının qərəzli mövqeyi - VİDEO

Reklam: Sinerji Pro

Fransa Senatı qərəzli mövqe nümayiş etdirir. Gözlənildiyi kimi, Senat Fransa hökumətini qondarma “Dağlıq Qarabağı” tanımağa çağıran məsləhət xarakterli qətnaməni müzakirəyə çıxarıb. 

Azərbaycan Televiziyasının Fransadakı müxbiri Elzar Ağayev məsələ ilə bağlı canlı yayıma qoşularaq məlumat verib.

O qeyd edib ki, yekunlaşmaqda olan çıxışlardan sonra səsvermə başlayacaq.

E.Ağayev onu da bildirib ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən senatorlar müzakirələrə çağırılmayıblar. Çıxış edən senatorlar isə həddindən artıq qərəzli mövqe nümayiş etdiriblər.

Qətnamədə Türkiyənin adının bir neçə dəfə çəkilməsi isə müxbir tərəfindən Fransanın bu ölkəyə olan qısqanc münasibətinin təzahürü kimi qiymətləndirilib.

Həmin süjeti təqdim edirik:

www.yenicag.az

138