!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa şirkətindən etiraf: “İŞİD-ə maliyyə yardımı göstərdik”

!Reklam – Yazi

Fransanın “Lafarge Holcim Group” inşaat şirkətinin İraq-Şam İslam Dövlətinə (İŞİD) maddi yardım etdiyi üzə çıxıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Fransa-İsveçrə birgə inşaat şirkəti “Lafarge Holcim Group” 2012-14-cü illərdə Suriyada fəaliyyət göstərən zavodun təhlükəsizliyi üçün İŞİD-ə pul ödədiyini etiraf edib.
Məlumata görə, “LafargeHolcim Group”un təmsilçisi Suriyanın Cəlabiyə bölgəsindəki sement zavodunun təhlükəsizliyi üçün İŞİD-lə yolverilməz sövdələşməyə getdiklərini deyib: “İndi baxanda, bu sövdələşmənin qəbuledilməz olduğunu görürük”.

Qeyd olunur ki, Suriyada 2010-cu ildən fəaliyyət göstərməyə başlayan Fransanın “Lafarge” və İsveçrənin “Lafarge Holcim Group” şirkətləri barəsində İŞİD-ə pul vermək iddiası ötən ilin iyununda irəli sürülüb.

İttihamlara əsasən, İŞİD ciddi məbləğ qarşılığında şirkətin yük maşınlarının rahat hərəkəti üçün “təhlükəsiz dəhliz” yaradıb. Bundan başqa, şirkətin yanacaq ehtiyacı da İŞİD-in nəzarətindəki neft emalı zavodlarından təmin edilib.
Sözügedən şirkət İŞİD-in 2014-cü ildə həmin bölgəni tam işğaldan azad etməsindən sonra Suriyadakı fəaliyyətini dayandırıb.

Yeniçağ.Az

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv