Fransa Suriya və İraqda varlığını qoruyacaq: “İŞİD tam məğlub olmayıb”

Fransa prezidenti Emmanuel Makron Suriyada ABŞ əsgərlərinə qarşı törədilən terror aktına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, Makron hadisənin İŞİD qruplaşmasının hələ tam məhv edilmədiyinin göstəricisi olduğunu vurğulayıb.

“ABŞ əsgərlərinin öldürülməsi bir daha göstərdi ki, İŞİD Suriyada tam məğlubiyyətə uğramayıb. Biz Suriya və İraqda varlığımızı davam etdirəcəyik” – deyə o, bildirib.