Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fransa telekanalı “Artsax”ı “müstəqil dövlət” kimi təqdim etdi - RƏZALƏT.../VİDEO

Reklam: High Technic

Fransanın ictimai telekanallar şəbəkəsi olan “France 24” əməkdaşları Azərbaycanın dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımızda qondarılmış separatçı rejim haqda veriliş hazırlayıb.

Yenicag.az Moderator.az-a istinadən xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, həmsədr ölkəyə məxsus telekanalın ispan şöbəsinin hazırladığı reportajda qondarma rejim “Artsax müstəqil respublikası” kimi təqdim olunur. “ “Artsax” – Avropada unikal bir məkandır: müstəqillik əldə edib, ancaq dünya tərəfindən tanınmayıb”- Fransa telekanalının yayımladığı verilişdə belə deyilir.

Dağlıq Qarabağda guya 150 min erməninin yaşadığı qeyd edilən reportajda Xankəndindəki aeroportun “dünya standartlarına uyğun gəlsə də, uçuşlar həyata keçirmədiyi”də vurğulanır.

Qeyd edək ki, “France 24” kanalı son onilliklərdə dəfələrlə Qarabağdan Azərbaycanın ərazi bütövlüyünü təhdid edən reportajlar yayımlayıb…

P.S. ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransa bizləri təzəcə sevindirmişdi. Məlum olduğu kimi, mayın sonunda Fransanın Val d’Oise Departamentinin İnzibati Məhkəməsi Arnuvil şəhəri ilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun Şeher yaşayış məntəqəsinin separatçı rəhbəri arasında imzalanmış “Dostluq Xartiyası”nı ləğv edib. Sevgmiz elə bu qədərmiş…

P.P.S. Qərb ölkələri, o cümlədən həmsədr dövlətlər son 25-30 ildə Azərbaycanın super sadəlöhv hissəsinin başını qatıb gözümüzə kül üfürmək üçün aradabir bizə qarşı “ədalətli”, “sevindirici” addımlar atır – biz də dərhal “urra” deyir, əl çalıb sevinirik. Amma əsas xətt olduğu kimi davam etdirilir: Azərbaycan torpaqlarının işğal altında qalmasına, Ermənistanın və separatçı rejimin tədricən güclənməsinə birbaşa, yaxud dolayısıyla şərait yaradılır. Həmin ölkələrin rəsmi və ya qeyri-rəsmi nümayəndələri müxtəlif adlarla qondarma rejimin nəzarət etdiyi ərazilərə gəlir, separatçı rəhbərlərlə görüşür və nəticədə onun de-fakto təbliğatını aparırlar…

www.yenicag.az

1898