Fransa üçün RƏZİL STATİSTİKA: On minlərlə uşaq seksual zorakılığa məruz qalır

Fransada hər il təqribən 22 min uşağın öz ataları tərəfindən seksual zorakılığa məruz qaldığı bildirilir.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə statistikanı Uşaqlara qarşı seksual zorakılıq və insest üzrə müstəqil komissiya (CIIVISE) açıqlayıb.

Statistikaya əsasən, Fransada hər il öz ataları tərəfindən seksual zorakılığa məruz qalan uşaqların sayı təqribən 22 min nəfərdir.

Bununla belə, 2020-ci ildə cinayət məsuliyyətinə cəlb olunaraq insestual zorlamaya görə cəzalandırılan pedofillərin sayı cəmi 1697 olub. Bu göstərici 2018-ci ildə 760 nəfər təşkil edib. Bu ilin 21 sentyabr-27 oktyabr aralığında insestual zorlama faktı ilə bağlı Komissiyaya 5 mindən çox müraciət daxil olub.