Fransa Ukraynaya tank göndərir

Fransa 2 ay ərzində Ukraynaya AMX 10-RC tipli yüngül döyüş tankları göndərəcək.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransa Müdafiə nazirliyi məlumat yayıb.

Bundan əlavə, Fransanın müdafiə naziri Sebastien Lekornu ukraynalı həmkarı Aleksey Reznikov ilə tez bir zamanda Ukrayna əsgərlərinə bu tanklardan istifadə etmək üçün təlim təşkil etmək qərarına gəliblər.