Fransa XİN başçısı Bakı və İrəvan arasında sülhdən danışdı

Fransanın xarici işlər naziri Ketrin Kalonna Azərbaycan və Ermənistan arasında sülhdən danışıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini X-də paylaşım edib.

“Fransa Ermənistan və Azərbaycan arasında ədalətli və davamlı sülh üçün səfərbər olunub. Bu da iki ölkənin sərhədlərinin delimitasiyasına imkan verəcək”, – nazir bildirib.