!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa xoruzlarının HƏYASIZ BANI: "Ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı ifadələr..." - Politoloq

!Reklam – Yazi

“Bütün bunlar Fransanın illər boyu Azərbaycana qarşı apardığı qərəzli, ikiüzlü, ermənipərəst siyasətin tərkib hissəsidir”.

Bu sözləri politoloq Yusif Bağırzadə Fransa Prezidentliyinə namizəd Valeri Pekresin və eləcə də onun təmsil olunduğu partiyanın Fransa Senatı, Fransa Milli Assambleyası və Avropa Parlamentindəki deputatlarının Makrona ünvanlanmış müraciəti haqqında Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Fransa prezidentliyinə namizəd Valeri Pekresin və onu müdafiə edənlərin bəyanatları həyasızlığın ən bariz göstəricisidir:

“İlk olaraq onu qeyd edim ki, Fransa prezidentliyinə namizəd Valeri Pekresin və eləcə də guya onun müdafiəsinə qalxmış Fransa Senatı, Fransa Milli Assambleyası və Avropa Parlamenti deputatlarının məlum bəyanatları həyasızlığın ən bariz göstəricisidir.

Fransanın Qarabağa qanunsuz səfər etməsi ilə ad çıxarmış prezidentliyə namizədi Valeri Pekresin Azərbaycanla bağlı şikayət edəcəyinə dair bəyanatla çıxış etməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, “Biz Valeri Pekressin qanunsuz yollarla Qarabağda olmasını bilsəydik, geri qayıdan zaman onu saxlayardıq”, – sözlərini özünə qarşı təhdid hesab edərək Fransa hökumətindən bu təhdidə qarşı addımlar atmağı tələb etməsi şoudan başqa bir şey deyil.

Əslində, baş verənlər ondan ibarətdir ki, Fransa prezidentliyinə namizəd Valeri Pekres gizli şəkildə Laçın dəhlizindən Xankəndiyə keçib qayıdıb və Azərbaycan Prezidenti də tam əsaslarla bunu pisləyərək qəti bəyanatla çıxış edib.

Pekresin və sonra da təmsil olunduğu Respublikaçılar Partiyasının Fransa Senatında, Fransa Milli Assambleyasında, o cümlədən də Avropa Parlementindəki deputatları, ümumilikdə 242 nəfərin imzasıyla Fransa Prezidenti Makrona ünvanladıqları müraciət isə başdan-ayağa Azərbaycana qarşı böhtan və ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı ifadələrdən ibarətdir.

Müraciətə imza atanlar Fransa vətəndaşının Azərbaycana “aid olmayan” ərazilərə səfərlərinə bu cür reaksiyanın dözülməz olduğunu və bu təhdidlərin Ermənistanla münaqişə zamanı qadağan olunmuş silahlardan və cihadçı muzdlulardan istifadə edən bir dövlət tərəfindən edilməsinin yolverilməz oduğunu bildirərək erməni xalqına qarşı təcavüz və təxribatlar törədən Azərbaycanın rəsmi şəkildə üzr istəməsi üçün müvafiq addımların atılması iə bağlı çağırış edirlər.

Nəticə etibarilə görünən odur ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınan rəsmi sərhədlərini pozaraq qanunsuz yollarla ərazilərimizə səfər etmiş Pekres və eləcə də Fransa Senatının, Milli Assambleyasının və Avropa Parlamentinin onun kimi separatizmi dəstəkləyən nümayəndələri bu müraciətlərlə faktiki olaraq Azərbaycanın suverenliyinə qarşı çıxış edir, Rusiya “sülhməramlıları”nın müvəqqəti olaraq nəzarətində olan əraziləri Azərbaycan ərazisi hesab etməyərək ölkəmizin ərazi bütövlüyünə dil uzadırlar.

Əslində, bu şəkildə kampaniya aprel ayındakı prezident seçkilərində erməni seçicilərinin səslərini almaq istəyindən də qaynaqlanır. Fransadakı güclü erməni lobbisinin mövcudluğu seçkilərə qatılan namizədləri bu cür kampaniya aparmağa sövq edir. Necə ki Makron həmin səslər uğrunda mübarizə apararaq uzun illərdir ki, erməni mövqeyindən çıxış edir, eləcə də Pekres erməni seçicilərini Makronun ətrafından uzaqlaşdırmaq üçün bu cür cılız vasitələrdən istifadə edir.

Bütün bunların Fransanın illər boyu Azərbaycana qarşı apardığı qərəzli, ikiüzlü, ermənipərəst siyasətin tərkib hissələri olduğu gün kimi aydındır. Bir daha təsdiqlənir ki, antiAzərbaycan siyasətini aparan tək rəsmi Fransa hakimiyyətləri deyil, məqam düşdükcə müxalifətdə olan bir sıra qüvvələr də erməni lobbisinin imkanlarından yararlanmaq üçün anti-Azərbaycan müstəvisində özlərinə yer alırlar”.

www.yenicag.az

849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv