!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransada 4 deputat koronavirusa yoluxdu

!Reklam – Yazi

Fransada daha 3 deputat koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, cəmi 4 deputat və 2 parlament əməkdaşında koronavirus aşkar edilib.

Fransa Avropada İtaliyadan sonra koronavirusa yoluxan insanların sayına görə ikinci ölkədir. Son 24 saat ərzində daha 117 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

Beləliklə, ölkə ərazisində bu yeni virusa yoluxanların sayı 1 126-ya çatıb. Onlardan 19-u dünyasını dəyişib.

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkə ərazisində 1000 nəfərdən artıq şəxsin toplanması qadağan edilib.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub./Report/

www.yenicag.az

807
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv