“Sarı jiletlilər”in aksiyaları nəticəsində 43 min adamın işsiz qalıb.
Yenicag.az xəbər verir ki, bu barədə Fransa İqtisadiyyat Nazirliyi bildirib.
Məlumata əsasən, 43 min insanın qısa bir zamanda işsiz qalması dövlətə 28 milyon euro zərər verib.
Nümayişlər zamanı ölkədəki 800 alış-veriş mərkəzinin 280-yə qədəri zərər görüb. Bu isə, 2 milyon euro zərər deməkdir.
Qeyd edək ki, aksiyalar 17 dekabrda başlayıb. Etirazlara səbəb isə, hökümətin qaz və benzin qiymətlərinin artırılması olub.