Fransa hüquq-mühafizə orqanlarının Bezye və Monpelye şəhərlərində həyata keçirdiyi əməliyyat nəticəsində terror aktı təşkil etməkdə şübhəli bilinən beş nəfər saxlanılıb.
Yenicag.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli prokuror İvon Kalve məlumat verib.
Prokurorun sözlərinə görə, saxlanılanların hər biri çeçendir.
Reyd zamanı polis xeyli sayda partlayıcı maddə də aşkarlayıb.
Araşdırmalar davam edir.