Fransada aksiyalar davam edir: 7 nəfər yaralandı, 168 nəfər saxlanıldı

Fransanın paytaxtı Parisdə “sarı jiletlər”in etiraz aksiyaları zamanı 7 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, aksiyalar zamanı həmçinin 168 nəfər saxlanılıb.

Qeyd edək ki, bu gün aksiya iştirakçılarının sayı 2 mindən çox olub.

Ümumilikdə ölkə üzrə nümayişçilərin sayı 33,5 mindir.

Xatırladaq ki, Fransada yanacağın qiymətinin qaldırılmasına etiraz əlaməti olaraq “sarı jilet” hərəkatı noyabrın 17-də başlayıb./Trend/

COP29