Reklam

Reklam

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu gün Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və Assosiasiyanın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva ilə görüşüb.

Dövlət Komitəsindən Yenicag.az-a verilən xəbərə görə, sədr Azərbaycan həqiqətlərinin Fransada yayılmasında Paris Azərbaycan Evinin xidmətlərindən danışıb. O, nüfuzlu dövlət olan Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi səylərini artırmalı olduğunu vurğulayıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı doğma torpaqlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərin problemlərini diqqətdə saxlayır, bu problemlərin həlli istiqamətində lazımi addımlar atılır.

Rövşən Rzayev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa-Azərbaycan əlaqələrinin inkişafında müstəsna xidmətlərindən danışıb. Komitə rəhbəri qeyd edib ki, Mehriban Əliyeva ictimai-siyasi, xeyriyyəçilik fəaliyyəti ilə yanaşı, həm də qaçqın və məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır. Azərbaycanın birinci vitse-prezidenti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görür.

Komitə sədri prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə qayıdan soydaşlarımızın yaşayış şəraiti ilə tanış olmaları üçün həmin kəndə səfərin təşkilinin mümkünlüyünü bildirib.

Jan-Fransua Mansel Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında əlindən gələni əsirgəməyəcəyini bildirib.

Qonaq gələcək əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürüb və bunun üçün perspektivlər olduğunu bildirib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 658
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."