Fransada bar yandı – 13 nəfər öldü

Police-lights-file-jpgFransanın Ruan şəhərində barda yanğın baş verib.

İnsident nəticəsində 13 nəfər yanaraq ölüb, 6 nəfər xəsarət alıb.

Hadisənin “Le Cuba Librе” barında, yerli vaxtla gecəyarısı qeydə alındığı bildirilir. İlkin versiyaya görə, yanğın naməlum səbəbdən baş verən partlayışdan sonra başlayıb. İnsidentin səbəbləri müəyyənləşdirilir.