Fransanın qərbindəki Anje şəhərində əyninə sarı jilet geymiş kişi yanacaqdoldurma stansiyasını partladacağı ilə hədələyir.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Kristofer Kastaner bildirib.
Qeyd edilir ki, həmin şəxs Fransa prezidenti Emmanuel Makronla görüş tələb edir. Əraziyə polis əməkdaşları gəlib və sakinlər təhlükəli zonadan təxliyyə edilib.
Nazirin sözlərinə görə, adı açıqlanmayan şəxs yanacağın qiymətinin bahalaşmasına etiraz əlaməti olaraq aksiya keçirən şəxslərdən birinə oxşayır. Həmin etirazçılar da sarı gödəkcə geyiniblər.
Naməlum şəxs onda partlayıcı qurğunun olduğunu təsdiqləyib və Emmanuel Makronla görüş tələb edib.