Fransada bülletenlər seçki məntəqəsindən oğurlanıb

Fransada keçirilən seçkilər zamanı, prezidentliyə namizəd Marin Le Penin adı yazılmış bülletenlər seçki məntəqəsindən oğurlanıb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, Fransanın Milli Cəbhəsinin lideri, prezident seçkilərinin II turuna iki namizəddən biri olan Marin Le Penin adı yazılmış bülletenlər Fransanın Kot – d’Oğ əyalətinin Ğuffey – le – Eşiğey qəsəbəsindəki seçki məntəqəsindən oğurlanıb.

Bülletenləri oğurlamış şəxsi tapmaq məqsədilə seçki məntəqəsinə mühafizə orqanlarının nümayəndələrinin qısa zamanda dəvət edilməsi bir nəticə verməyib. Məntəqədə 979 seçki bülletenindən qalmış 141 bülletenin doldurulması başa çatana qədər seçki məntəqəsinə ən yaxın olan Dijon şəhərindən bülletenlər gətirilib və məntəqə fəaliyyətini dayandırmayıb.

Bu arada Fransada keçirilən prezident seçkilərinin II turunda seçicilərin hələlik 65 %-dən çoxu demokratik borcunu yerinə yetirərək səs verib. Bu, ötən seçkilərlə müqayisədə aşağı göstəricidir.

Belə ki, bu göstərici prezident seçkilərinin Iturunda 69,42 %, 2012-ci ildəki prezident seçkilərinin II turunda isə 71,96 % təşkil edib.
Qeyd edək ki, Fransanın V Respublikasının 8-ci prezidentinin adı Bakı vaxtı ilə saat 22.00-da məlum olacaq.

Yeniçağ.Az

COP29