Fransada daha bir silahlı hücum – Çox sayda yaralı var

Fransanın paytaxtı Parisdə daha bir silahlı hücum baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, qatar stansiyasında bir nəfər ətrafa atəş açıb.

İnsident nəticəsində çox sayda yaralı olduğu bildirilib.

Cinayətkar polis tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, dekabrın 22-də də Parisdə silahlı hücum baş vermiş və 3 nəfər ölmüşdü.