Fransada helikopter qəzası – 5 nəfər öldü

Fransanın Savoya departamentində qəzaya uğrayan helikopterdə olan altı nəfərdən beşi ölüb.

Yenicag.az-ın məlumatına görə, bu barədə BFM telekanalı departamentin prefekturasına istinadən xəbər verib.

Məlumata əsasən, sağ qalan pilotun vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə Paris vaxtı ilə təxminən 19:00-da Albervill şəhəri yaxınlığında, 1800 m yüksəklikdə baş verib.