Fransada insanları girov götürən terrorçu öldürülüb

Fransanın Treb şəhərində supermarketə hücum etmiş terrorçu öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerar Kolon mlumat verib. O bildirib ki, insanları girov götürmüş terrorçu güllələnib.

Danışıqlar nəticə vermədikdən sonra xüsusi təyinatlı dəstələr əməliyyat keçirib və terrorçu öldürülüb.

Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Məlumata görə, terrorçu bundan öncə Parisdə törədilmiş terror aktının əsas təşkilatçılarında olmuş şəxsin həbsdən azad olunmasını tələb kimi irəli sürüb. Terror aktını törədən şəxsin Mərakeş vətəndaşı və radikal dini qruplaşmanın üzvü olduğu bildirilib.

COP29