Fransada istehsal olunan Azərbaycan parfümü artıq İstanbulda satışa başladı – VİDEO

Fransada istehsal edilən Azərbaycanın milli parfümü “Muğam” artıq Türkiyədə satışa çıxarılıb. İstanbulun ən məşhur ərazilərindən birində – Nişantaşında yerləşən mağazada 7 muğamın adını daşıyan istənilən ətri artıq əldə etmək mümkündür.

Məlumata görə, hər biri 7 muğam növü olan “Rast”, “Shur”, “Segah”, “Chahargah”, “Bayati -Shiraz”, “Shushtar” və “Humayun” adını daşıyan bənzərsiz ətir kolleksiyası özünəməxsus qoxusu ilə qardaş ölkənin vətəndaşlarını da məmnun etməkdədir.

Nadir, yüksək keyfiyyətli xammaldan hazırlanan və məhdud sayda satışa çıxarılan “Muğam” ətirlərinin ilk kolleksiyasının hazırlanması 5 il davam edib. Dizayn və qablaşma İngiltərədə, ətir isə Fransada istehsal edilib.

Ətir sevgisi ilə yanaşı Vətən sevgisini də özündə əks etdirən bu brend həm də Azərbaycan tarixidir. Hazırda növbəti yeniliyə hazırlaşan “Muğam” parfüm “Karabakh Bouquet” layihəsi çərçivəsində

Şuşa şəhərinin şərəfinə “1752” (şəhərin qurulduğu il – red.) adlı ətri təqdim etməyə hazırlaşır.

2022 -ci ildə Milanda premyerası olacaq bu layihə üzərində də işlər davam edir.