Fransada koronavirusa yoluxanların sayı artdı

Fransada son sutka ərzində koronavirusa yoluxanların sayı artıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon açıqlamasında bildirib.

Hazırda 10 995 yoluxma halı qeydə alınıb. Onlardan 1122 nəfərin vəziyyəti isə ağırdır.

Son sutka ərzində ölkədə virusdan ölənlərin sayı 100 nəfər artaraq 372 nəfər təşkil edib.