Fransanın cənubundakı Herault bölgəsində baş verən yanğınlarda 400 hektardan çox meşə sahəsi yanıb.
Yenicag.az xəbər verir ki, Fransanın BFMTV televiziya şəbəkəsinin məlumatına görə, yanğın Qardiole meşəsində və Nissan-les-Enserunes şəhəri yaxınlığında baş verib.
Yanğının söndürülməsinə 600-dən çox yanğınsöndürən cəlb olunub. Yanğının söndürülməsi üçün helikopterdən istifadə edilir.
Yerli hakimiyyət orqanları əhalinin ən təhlükəli ərazilərdən təxliyə edildiyini açıqlayıb.
İsmayıl Bakuvi