Fransada mühacirlərə qarşı “səlib yürüşü”: Miqrasiya haqqında qanun sərtləşdirilir

Fransa hakimiyyəti miqrasiya haqqında qüvvədə olan qanunu kəskin şəkildə sərtləşdirməyə hazırlaşır.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın daxili işlər naziri Jerald Darmanen açıqlayıb.

Nazirin sözlərinə görə, layihənin qəbulundan sonra bu akt “5-ci respublika” dönəmində qüvvəyə minmiş miqrasiya haqqında ən sərt qanun olacaq:

“Layihədə əcnəbi cinayətkarlara çox sərt yanaşma öz əksini tapıb. Fransada ciddi qanun pozuntusuna yol vermiş bütün əcnəbilər ölkədən deportasiya olunacaq”.

Darmanen qeyd edib ki, qanun layihəsinin 2023-cü ilin yanvarında müzakirəyə çıxarılacaq.

Nazir bildirib ki, bu ərəfədə Fransadan deport edilməsi barədə qərar çıxarılmış əcnəbilərlə bağlı geniş axtarış tədbirlərinə başlanılacaq.