!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Fransada erməni vəhşiliyi: Səfirliyimizə belə hücum etdilər, Ərdoğanın şəklini yandırdılar - FOTOLAR / VİDEO - YENİLƏNDİ

!Reklam – Yazi

Ermənilərin Azərbaycanın Fransadakı səfirliyinə basqın zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosunu yandırıblar.

Hadisə yerindən olan fotoları və videoları təqdim edirik:

 

***

Ermənilərin Azərbaycanın Fransadakı səfirliyinə basqın etməsinin yeni görüntüləri yayılıb.

Sosial şəbəkələrdə dərc olunan videoda kənar şəxsin diplomatik nümayəndəliyə daxil olmağa cəhd etməsi əks olunub.

Onun qarşısı səfirliyin əməkdaşı tərəfindən qətiyyətlə alınıb.

*** 18:26

Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər.

Yenicag.az xəbər verir ki, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.

Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.

“Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”, – Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Twitter” hesabında yazıb.

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv