Fransada parlament seçkilərinin ikinci turu keçirilir

Bu gün Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək.

Yenicag.az xəbər verir ki, seçkilərdə 577 deputatın adı məlum olacaq.

Deputat mandatını qazanmaq üçün siyasətçilər səslərin yarıdan çoxunu almalıdırlar.

Birinci turun nəticələrinə görə, liderlər Fransa prezidenti Emmanuel Makronun “Birgə” koalisiyası (25,75 %) və Jan-Lük Melanşonun yaratdığı “Yeni Xalq Ekoloji və Sosial İttifaqı” sol blokunun nümayəndələri (25,66 %) olublar. Üçüncü yerdə 18,7% səslə Marin Le Penin “Milli Birlik” partiyası qərarlaşıb.

Seçkilərin birinci turunda 50,2 %-lik rekord aşağı səviyyədə seçici fəallığı qeydə alınıb. Bunun fonunda fransalı siyasətçilər seçiciləri ikinci tura fəal iştirak etməyə çağırıblar.

Prezident partiyasının parlamentdə 415-445 yer qazanacağı proqnozlaşdırılır.

Birinci turdan sonra solçu “Fəth edilməz Fransa” partiyasının lideri Jan-Lük Melenşon ölkənin Daxili İşlər Nazirliyi tərəfindən keçirilən parlament seçkilərində səslərin hesablanmasının dürüstlüyünə şübhə etdiyini bildirib.