Fransada prezident seçkilərinin nəticəsinə qarşı etirazlar – VİDEO

Fransanın Renn şəhərində etirazçılar Fransada keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələrinin açıqlanmasından sonra şəhərin mərkəzində barrikadalar qurublar. 

Yenicag.az-ın “France Bleu” radiosuna istinadən verdiyi məlumata görə, etirazlarda təxminən 250 nəfər iştirak edir.

Yayımlanan fotolarda zibil qutularının yandırıldığı əks olunub. Polislə etirazçılar arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları eyni zamanda nümayişçilərdən birini saxlayıblar.