“Cənab Makron, boş söhbətlərə son qoyun. Artıq Putinlə danışmaq və masaya oturmaq zamanıdır. Siz Rusiyanı məğlub edə bilməyəcəksiniz. Napoleon və Hitler bunu bacarmadı. Onlar Rusiyanın soyuq çöllərində məğlub edildi. Makron isə Napoleon belə deyil”.
Yenicag.az xəbər verir ki, bu sözləri Fransada fəaliyyət göstərən radikal solçu Xalq Cəbhəsi Partiyasının sədri Han Luk Melanşon deyib.
Onun sözlərinə görə, Rusiya böyük və sonsuz sərvətlərə, nüvə ehtiyatlarına sahiblik edir.
“Ukraynanın NATO-ya üzvlüyü və ya Ukraynaya qoşun göndərmək Fransa üçün çox pis nəticələnə bilər. Fransa dövləti Rusiya ilə mütləq masaya oturmalıdır”, deyə o bildirib.
Rafi Müslümov