Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Fransada saxlanılan Rəfail Piriyev deportasiya edilir – QƏRAR

Qaçdığı Fransadan yenidən Almaniyaya gətirilən Rəfail Priyev adlı Azərbaycan vətəndaşının barəsindəki deportasiya qərarı icra ediləcək.

Yenicag.az xəbər verir ki, R.Priyev ötən gün Fransadan təyyarə ilə Almaniyanın Hamburq əyalətinə gətirilib. O, hazırda hava limanının yaxınlığında yerləşən “Deportasiya mərkəzi”ndə saxlanılır. R.Priyev mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşları ilə mübahisə edib, onları təhqir etdiyi üçün tək nəfərlik kameraya köçürülüb.

Yaxın günlərdə onun təyyarə ilə İtaliyaya deportasiya edilməsi gözlənilir.

Hazırda Almaniyada mühacirlər düşərgəsində (kamp) olan Rəfael Piriyev Meydan TV-yə danışıb. O, açıqlamasında bunları deyib:

“Fransada da qalmaq iznim var. Ancaq bir neçə gün əvvəl səhər tezdən qaldığım evə gəlib dedilər, Dublin sazişinə əsasən sən gəldiyin ölkəyə qayıtmalısan. Hazırda Almaniyada mühacirlərin saxlanıldığı düşərgədəyəm. Burda görüntülü telefondan istifadayə qadağa olsa da, adi telefonlarla əlaqə saxlamağa icazə verirlər”.

Piriyev qərardan məhkəməyə bir neçə dəfə şikayət edib. Ancaq məhkəmə onun sığınacaq istəyinin yalnız viza aldığı Avropa ölkəsində baxıla biləcəyini əsas gətirərək barəsində deportasiya qərarı verib.

R.Piriyev bildirib ki, məhkəmə olsa da, rədd cavabı veriblər: “Çünki tərcüməçi olmadığından türk tərcüməçi gətirdilər, amma mən də türk dilini tam bilmirəm, elə şeylər var ki, onu türkcə anlatmaq qeyri-mümkündür. Saxlanıldığım düşərgə elə bir yerdir ki, ya sənin haqqında qərar qəbul edib saxlayırlar, oturum verirlər, ya da həmişəlik Azərbaycana göndərirlər. Mənim Azərbaycana göndərilmək təhlükəm var, çünki bura deport olunanların kampıdır. Yəni bura elə bir yerdir ki, məhkəmə olur, ölkədə saxlanılmağın haqda qərar qəbul edir, ya da deport edirlər. Əks təqdirdə, məni sərbəst buraxardılar, bura gətirməzdilər. Hazırda heç yerə buraxmırlar ki, özümə vəkil tutam, yaxud əlavə sübutlar verim. Burda tək mən deyiləm, başqaları da var. Məni Azərbaycana qaytarsalar, işgəncə və ölüm gözləyir. Kənarda olan dostlarımdan dəstək gözləyirəm”.

Xatırladaq ki, Rəfael Piriyev bir neçə gün əvvəl Fransada saxlanılıb. O, Almaniyaya İtaliya vizası ilə daxil olduğundan, sığınacaq istəyi ilə bağlı müraciəti baxılmadan “Dublin sazişi”nə əsasən İtaliya Miqrasiya İdarəsinə yönləndirilib.

www.yenicag.az

1018
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM