Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin ikinci turu başa çatıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, rusiyayönlü Marin Le Penin partiyası məğlub olub.
“Ifop exit-poll”un nəticələrinə görə, gözlənilmədən seçkilərdə birinci yeri 180-dən 215-ə qədər toplaya bilən ultra solçu Yeni Xalq Cəbhəsi tutub.
İkinci yerdə 150-180 mandatla Emmanuel Makronun prezident koalisiyası gəlir.
Le Penin “Milli Birlik” partiyası isə artıq üçüncü yerdədir və yalnız 120-150 mandata arxalana bilər.
Amma bu üç partiyadan heç biri parlamentdə mütləq səs çoxluğu əldə etmir, bu isə o deməkdir ki, onlar koalisiya danışıqları aparmalı olacaqlar