Fransanın hazırkı prezidenti Emmanuel Makron prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Bu barədə BFM telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, o, 57,6% səs toplayıb. Onun rəqibi Marin Le Pen 42,4% səs qazanıb.
***
Fransada bu gün keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri elan edilib.
Yenicag.az xəbər verir ki, ekzitt-pollun nəticələrinə görə, hazırkı prezident Emmanuel Makron 55-58 faiz arasında səslə liderdir.
Onun rəqibi ultrasağçı Marin Le Penin isə 42-45 faiz səs topladığı bildirilir.
***
Bu gün Fransada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb. Paris vaxtı ilə saat 08:00-da ölkə üzrə 70 min seçki məntəqəsi açılıb.
Yenicag.az xəbər verir ki, seçici siyahılarında 48,7 milyon Fransa vətəndaşı qeydə alınıb.
Fransalılar ikinci tura keçən iki namizəd arasında seçim etməli olacaqlar. 2017-ci ildə prezident seçilən Fransa prezidenti Emmanuel Makron yaratdığı “Respublika yürüşdə” hərəkatının dəstəyi ilə ikinci müddətə namizədliyini irəli sürüb. Onun rəqibi olan deputat Marin Le Penin namizədliyi “Milli Birlik” partiyası tərəfindən irəli sürülüb.