Fransada seçkilərlə bağlı Bakıda səsvermə məntəqəsi açılacaq

Fransada keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıda səsvermə məntəqəsi açılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 10-da Fransada prezident seçkilərinin ilk turu keçiriləcək. Bununla əlaqədar Bakıda yaşayan Fransa vətəndaşları şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə saat 08:00-dən 19:00-a kimi Bakı Fransız Liseyində gəlib səs verə bilər.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da, ikinci turu isə aprelin 24-də baş tutacaq.

COP29