!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransada sutka ərzində koronavirusdan 418 nəfər ölüb

!Reklam – Yazi

Ötən sutka ərzində Fransada yeni növ koronavirusdan (COVİD-19) 418 nəfər dünyasını dəyişib.

Yenicag.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransında ölkənin səhiyyə idarəsinin baş direktoru Jerom Salomon deyib.

J.Salomon bildirib: “Martın 1-dən 3024 ölüm halı qeydə alınıb, 418 nəfər ötən sutka ərzində ölüb”.

Onun sözlərinə görə, 21 mindən artıq koronavirusa yoluxan xəstəxanaya yerləşdirilib, onlardan 5 mindən artığı reanimasiya şöbəsindədir: “Onların vəziyyəti ağırdır”.

Baş direktor qeyd edib ki, epidemiya başlayan zamandan Fransada koronavirusa ümumilikdə 44 550 nəfər yoluxub.

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv