Fransada təyyarə qəzası: ölənlər var

Fransanın Mazuar şəhəri yaxınlığında turist təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, İnsident Pyui-de-Dom departamentində baş verib.

Qəza nəticəsində göyərtədə olan 3 nəfər həlak olub.

Məlumatda bildirilir ki, təyyarə yerə düşdükdən sonra parçalanıb, lakin yanğın baş verməyib.