Fransada türklərin binasında dəhşətli yanğın: ölənlər var

Fransada güclü yanğın baş verib.

Yenicag.az xəbər verir ki, yanğın Fransanın şərqində yerləşən Mulhouse şəhərində yaşanıb. Məlumata görə, daha çox türk vətəndaşlarının yaşadığı binada baş verən güclü yanğın nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb, 8 nəfər isə yaralı olaraq xəstəxanaya yerləşdirilib. Onlardan 5-nin vəziyyətiin ağır olduğu deyilir.

Ölənlərdən 3-ü türk vətəndaşıdır.

Hadisə şahidlərinin bildirdiyinə görə, insanlar xilas olmaq məqsədi ilə özlərini binadan atırdılar.

Mulhouse bələdiyyə sədri açıqlamasında, ölənlərin şəxsiyyətlərinin müəyyənləşirildiyini qeyd edib.