!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransadakı dəhşət Türkiyədə də baş verəcəkmiş

!Reklam – Yazi

terror9sertfgİŞİD noyabrın 13-də Parisdə 132 nəfərin öldüyü terror hadisəsi ilə yanaşı Türkiyədə də terror aktı törətməyi planlaşdırıbmış.

Türkiyə təhlükəsizlik qüvvələrinin terrorun qarşısını vaxtında aldıqları üçün İŞİD İstanbulla bağlı planını həyata keçirə bilməyib.

İŞİD-in rəsmi cəlladı olan “Cihadçı Con”nun köməkçisi də daxil olmaqla təşkilatın beş üzvü cümə günü İstanbulda həbs olunub. Fransanın AFP xəbər agentliyi də xəbəri də təsdiqləyib. Məlumatda bildirilir ki, İŞİD-çilər Parislə eyni gündə İstanbulda da terror törətməyi planlaşdırdıqlarını etiraf ediblər. Keçirilən əməliyyat zamanı onların bu planının qarşısı alınıb.

Qeyd edək ki, Noyabrın 13-də Parisdə 3 terror aktı törədilib. Törədilən terror aktları nəticəsində 132 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv