Fransadan Azərbaycanın ərazi bütövlüyünə təhqir: Alfortvildə qondarma Arsaxa gedən yol işarəsi qoyulub – FOTOFAKT
Fransada Azərbaycana qarşı növbəti biabırçılıq baş verib.
Yenicag.az xəbər verir ki, Fransanın Alfortvil şəhərinin girişində yerləşdirilən yol lövhəsində Azərbaycanın işğal olunmuş Laçın (Ermənicə “Berdzor” – red.) rayonuna istiqamətlənən yol işarəsi qoyulub.
Qeyd edək ki, İtaliya, Əlcəzair, Ermənistan və Portuqaliya istiqamətlərini göstərən yol işarəsində qondarma Dağlıq Qarabağın (Arsax) mərkəzlərindən biri sayılan Laçının (Berdzor) adı yazılıb. (news12.az)