Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fransadan “diplomatik labirint”ə giriş: “Meriya dövlətlərarası münasibətlərin tərəfi ola bilməz” - Keçmiş dövlət müşaviri

Reklam: Sinerji Pro

“Əgər meriya hər hansı bir dövləti tanıyırsa, onunla diplomtik əlaqə yaratmağa cəhd edirsə, bu, gülməli bir haldır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Fransanın paytaxtı Paris meriyasının Dağlıq Qarabağdakı erməni separatçı rejimini tanımağa hazırlaşdığı barədə yayılan məlumatlara münasibət bildirən keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, Paris meriyası bu addımı atacağı təqdirdə, gülüş hədəfinə çevriləcək:

“Paris dövlət deyil, onun başqa dövlətləri tanıyıb-tanımamaq hüququ yoxdur. Ölkələrin tanınması məsələsi dövlətlərarası münasibətlərin elementidir və beynəlxalq hüququn bir zonasıdır.

Əgər meriya hər hansı bir dövləti tanıyırsa, onunla diplomtik əlaqə yaratmağa cəhd edirsə, bu, gülməli bir haldır. İndiki halda Paris meriyası, məsələn, Xankəndi ilə qardaşlıq əlaqələri qura bilər. Ancaq dövlətlərarası münasibətlərin tərəfi ola bilməz. Amma istənilən halda bu məsələyə qəti etiraz bildirilməlidir”.

Aqil Bəkir

www.yenicag.az

175