!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransalı həmsədr İlham Əliyevlə Paşinyanın görüşündən danışdı

!Reklam – Yazi

ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüşün məzmunlu və səmərəli olduğunu bildirib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, Viskonti görüşlə bağlı bunları deyib:

“Görüş uzun, məzmunlu, səmərəli keçib. Ümidvarıq ki, bu, belə davam edəcək”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib. Sonra görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

www.yenicag.az

1040
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv