Fransalı hərbçilərə hücum: 6 ölü

Malinin şimalında Fransa hərbçilərinə hücum olunub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxslər fransalı hərbçilərin olduğu zirehli avtomobil yoldan keçərkən onun yaxınlığında partlayış törədilib. Partlayışdan sonra hərbçilər və silahlılar arasında atışma başlayıb.

Məlumata əsasən, hadisə nəticəsində 6 fransalı hərbçi həlak olub, 2 dinc sakin ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.