“Hazırda dünyada beynəlxalq hüquq işləmir”.
Yenicag.az xəbər verir ki, bunu Fransa Senatının üzvü Natali Qule ( Nathalie Goulet) “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun ll panel müzakirəsində deyib.
Onun sözlərinə görə, gələcək reallıqdadır:
“Ancaq hazırda real politikada lobbiçillik hökm sürür. Dünyanın belə vəziyyətə gəlməsinə səbəb liderliyin olmamasıdır. Nəyi düzgün etdiyimizi bilmirik. Real siyasətin olmaması səbəbindən cinayətkarlıq, terrorçuluq artıb”./report