Fransanın alovlandırmağa çalışdığı YENİ SAVAŞ: “Azərbaycanın bu məsələni birdəfəlik həll etməsi…”

“Əgər sərhədlərin delimitasiyası baş tutacaqsa və yekunda sülh müqaviləsi bağlanacaqsa, müharibə ehtimalı daha da aşağı düşəcək”.

Bu fikirləri Fransanın təkidi ilə Ermənistanın Azərbaycana hücum edəcəyinə dair iddiaları dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Cənubi Qafqazda sülhün bərqərar edilməsinə mane olan Fransa regionda qızışdırıcı rol oynayır:

“Müxtəlif istiqamətlərdə cərəyan edən prosesləri izləyirəm və gəldiyim qənaətlərə əsaslanaraq, müharibənin yenidən alovlanacağına dair iddiaları əsassız mövqe kimi qarşılayıram.

Əgər sərhədlərin delimitasiyası baş tutacaqsa və yekunda sülh müqaviləsi bağlanacaqsa, müharibə ehtimalı daha da aşağı düşəcək. Sadəcə, bu prosesdə Fransa qızışdırıcı rol oynayır.

Azərbaycanın bu məsələni birdəfəlik həll etməsi ermənilərdə qisas əhval-ruhiyyəsi formalaşdırıb. Onlar elə bir xalqdır ki, Qarabağa qayıtmaq üçün dəridən-qabıqdan çıxırlar. Fransanın nələrisə qarışdırması mümkün görünsə də, heç nə edə bilməyəcək”.

Səxavət Məmməd

COP29