Fransanın Azərbaycana qarşı QƏRƏZLİ MÖVQEYİ: “Baş verənlər fonunda “TotalEnergies” ilə görüş…”

Bu gün Prezident İlham Əliyev Fransaya məxsus “TotalEnergies” şirkətinin baş direktoru P. Puyanı qəbul edib. Bafonunda bu görüşün baş tutması iqtisadçı ekspertlər tərəfindən də dəyərləndirilib.

İqtisadçı ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamsında görüşün əhəmiyyəti haqqında dəyərləndirmə aparıb:

“Artıq tarix təkrarlanır. Vaxtilə Ulu öndər Heydəy Əliyev bu cür situasiyalardan məharətlə istifadə etmişdir. “Əsrin Müqaviləsi” bağlanana zaman “Bakı-Tblisi-Ceyhan” kəməri ilə bağlı strarteji addımlar atıldı. Bununla da iqtisadi sektor siyasi sektorla balanslaşdırıldı. Bunun nəticəsində bəzən siyasi sektoru təmin etmək məqsədilə iqtisadi sektordan istifadə etmək şansı yarandı. Elə bu məsələni keçmişdə “Lukoyl”un simasında görmüşdük. Beləliklə də, Rusiyanın burada yer alması onun siyasi təsir imkanlarını azaltmış oldu. Həmçinin Fransa, B.Britaniya və digər Avropa dövlətlərinə məxsus koorparasiyaların payı vardır. Və bu gün də uğurlu neft strategiyası davam etməkdədir. Hesab edirəm ki, siyasi maraqları təmin etmək üçün sözsüz ki, iqtisadi maraqlar möhkəmlənməlidir.

Bu baxımdan da adı çəkilən şirkət rəhbərinin prezident tərəfindən qəbul edilməsi önəmli mesajdır. Bu gün Avropa neft-qaz resursları baxımından əhəmiyyətli dərəcədə asılı vəziyyətdədir. Xüsusilə də Fransa enerji daşıyıcılarından asılı vəziyyətdədir. Çünki Fransa neft imkanları məhduddur və bu gün Afrikadakı mövqeləri də zəifləməkdədir. Bu gün “TotalEnergies” şirkətinin həm BTC-də 5 faiz, həm də “Abşeron” yatağında 50 faiz paya malikdir. Həmçinin bununla bağlı yeni müqavilələr də imzalanmışdır. Həmin şirkət bu müqavilələrə külli miqdarda vəsait yatırıb və gələcəkdə böyük gəlirlər əldə etməyi hədəfləyir.

Düşünürəm ki, baş tutan görüşün böyük əhəmiyyəti vardır. Buna görə də Azərbaycanın Fransanın iqtisadi sektoruna təsir imkanları daha geniş olacaq. Müasir dövrdə Fransada “TotalEnergies” kimi şirkətlərin təsir imkanları mövcuddur. Əlbəttə ki, iqtisadi və praqmatik maraqlar daha ciddiyyət daşıyır. Sözsüz ki, bu ölkənin neytrallaşdırılması üçün sözügedən şirkətin böyük şəraitə malikdir. Tərəzinin bir gözündə Fransanın radikal davranışları, digərində iqtisadi maraqlar olduğunu nəzərə alsaq, hesab etmək olar ki, dünyada olduğu kimi praqmatik iqtisadi gəlirlər daha yüksəyə qalxacaq.

İnanmıram ki, “TotalEnergies” ölkəni tərk edəcək, əksinə, öz iqtisadi maraqlarının qorunması qarşılığına Fransa siyasətinə təsirlərin olacağı gözlənilir. Əks təqdirdə adı çəkilən şirkətin fəaliyyəti sual altına düşə bilər. Bu da Fransanın iqtisadi sektorunun marağında deyil. Şirkətin ölkəmizlə əməkdaşlığın dərinləşdirilməsi fonunda iqtisadiyyatımıza böyük təsirləri var. Digər yandan siyasi maraqlarımızın qorunmasına böyük təsirləri olacaq”.

Həmçinin mövzuyla bağlı iqtisadçı ekspert Əkrəm Həsənov da münasibət bildirib:

“Ümumən götürdükdə böyük siyasət böyük iqitisadiyyata bağlıdır. Bu gün dünyada Fransa kimi dövlət hansısa siyasəti yeridirsə, ilk növbədə orada iqtisadi maraqlarını təmin etmək istəyir. Bu baxımdan da Azərbaycan kimi kiçik dövlətlər imkan daxilində maraqları nəzərə alırlar. Bu da məhz həmin dövlətlərin məharətindən və ustalığından asılı olur. Buna görə də “TotalEnergies” şirkəti regionda ən böyük marağı olan şirkətlərindən biridir. Bu şirkətlərin özəl olduğunu nəzərə alsaq, hər bir halda böyük özəl şirkətlər də dövlətə bağlıdır. Buna görə də Fransa hökümətiylə bu şirkət arasında münasibətlər mövcuddur.

Bu şirkətin də baş tutan görüşdə özü üçün daha sərfəli şərtlər əldə etmək istəyi göləniləndir. Bunun müqabilində isə Fransa bizə qarşı siyasətində dəyişikliklər etməsinə çalışacaq. Zatən Fransa hökümətinin də istəyi bundan ibarətdir.

İndi bizə deyə bilərlər ki, Qərb ölkələrində korrupsiya halları yoxdur. Xeyr, elə Fransa Qərbi Avropanın ən korrupsioner ölkələrindən biridir. Bu elə N.Sarkozinin zamannda da belə idi. Üstəlik, iddialar dolaşırdı ki, o zamankı Liviya rəhbəri M.Qəddafinin pulları hesabına seçkilərdə qalib gəlib.

Təbii ki, “TotalEnergies”lə Fransa höküməti arasında müəyyən münasibətlər mövcuddur. Burada da məqsəd Azərbaycandan daha sərfəli şərtlər qoparmaqdan ibarətdir. Təbii ki, Fransa Azərbaycan üçün o qədər də əhəmiyyətli dövlət deyil. Yəni Azərbaycanın xarici siyasəti üçün daha önəmli ölkələr ABŞ, Türkiyə, Rusiya, B.Britaniya, Almaniya və s.-dir.

Ermənilər də onların əlində bir vasitədir ki, bununla da biə təyziq etmək istəyirlər. Düşünürəm ki, buna görə də son nəticədə hansısa kompromis variantı tapılacaq. Əks təqdirdə “TotalEnergies” şirkəti ölkədən çıxıb gedəcək”.

Yusif Səmədzadə