Fransanın Baş naziri istefa verdi – Hökumətə bu qadın rəhbərlik edəcək – FOTO

Fransanın Baş naziri Jan Kasteks istefa verib.

Yenicag.az xəbər verir ki, Yelisey Sarayından Prezident Emmanuel Makronun 3 iyul 2020-ci il tarixdən Fransa hökumətinə rəhbərlik edən Baş nazirin istefasını qəbul etdiyi bildirilib.

Yeni Baş nazir isə 61 yaşlı Elizabet Born təyin edilib.

Qeyd edək ki, 1992-ci ildən sonra ilk dəfə Fransa hökumətinə qadın rəhbərlik edəcək.