Fransanın ən böyük NEZ-i fəaliyyətini dayandırdı – Kütləvi etiraz

Fransanın “Total”a məxsus ən böyük neft emalı zavodu qeyri-müəyyən müddətə fəaliyyətini dayandıracaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, zavodun fəaliyyətini dayandırması işçilərin kütləvi etirazı səbəbindən olub.

Belə ki, mövcud durum enerji qiymətlərinin artması səbəbindən həyat səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilir.