!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fransanın Ermənistanı düşdüyü bataqlıqdan çıxarma cəhdinin heç bir nəticəsi olmayacaq” – ŞƏRH

!Reklam – Yazi

“Paris BMT platformasında Ermənistanı yenə də “qurban” kimi tanıdaraq Azərbaycanı hədəfə gətirmək məqsədindən çıxış edir”.

Bu fikirləri Ermənistanın sərhəddəki son hərbi təxribatından sonra Fransanın Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının iclasını çağırmasına yönəlik təşəbbüsünü şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Fransanın bu təşəbbüsü Ermənistanın düşdüyü reallığı dəyişə bilməz:

“Sərhəddə baş verən son hərbi toqquşma Ermənistanın növbəti provakasiyası olmaqla yanaşı, İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq məqsədi daşıyırdı.

Lakin Azərbaycan ordusu ötən dəfələrdə olduğu kimi, qarşı tərəfin bu təxribatının da qarşısını aldı, onun layiqli cavabını verdi.

Aydın məsələdir ki, Ermənistanın beynəlxalq havadarları, ilk növbədə, Fransa İrəvanın düşdüyü vəziyyəti öz maraqlarına təhdid olaraq görür və vəziyyəti dəyişməyə çalışırlar.

Fransanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırma təşəbbüsü də bundan qaynaqlanır. Paris BMT platformasında Ermənistanı yenə də “qurban” kimi tanıdaraq Azərbaycanı hədəfə gətirmək məqsədindən çıxış edir.

Amma, təbii ki, bunun bir nəticəsi olmayacaq. Hətta Təhlükəsizlik Şurasının iclası keçirilsə belə, orada Azərbaycan əleyhinə hər hansı qərarın qəbul ediləcəyi gözlənilmir.

Xatırladım ki, 44 günlük Vətən müharibəsinin gedişində də Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə hazırlanmasına baxmayaraq, onun qəbulunun qarşısı alınmışdı. Bu dəfə heç bir dəyişiklik baş verməyəcək”.

A.Zeynalov

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv