“Ermənistan təhlükəsizlik sahəsində artıq Rusiya Federasiyasına arxalana bilməz”.
Yenicag.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekotini “Défis Humanitaires” nəşrinə müsahibəsində bildirib.
O bildirib ki, Ermənistan təhlükəsizlik üzrə tərəfdaşlığını diversifikasiya etməyə çalışır, çünki İrəvan artıq Rusiya Federasiyasına arxalana bilməz.
“Fransa Ermənistanla müdafiə əlaqələrini seçməklə tabunu pozdu. Çünki o, KTMT-nin üzvü olan Ermənistanı müdafiə ləvazimatları ilə təmin edən ilk NATO ölkəsidir”, – Dekotini deyib.
Xuraman Etibarlı