Fransanın Marsel şəhərində baş verən atışmada üç nəfər ölüb

29b3de6aa103df50b799c4db689db7d6Naməlum şəxslərin oktyabrın 25-də gecə saatlarında Marsel şəhərində avtomatik silahdan atəş açmaları nəticəsində üç nəfər ölüb.

APA-nın məlumatına görə,  ölənlərdən ikisi 15 yaşlı yeniyetmə, biri 23 yaşlı gəncdir.

İnsident “Lorye” məhəlləsində yaşayış binasının girişində baş verib.

Hadisənin motivləri və iştirakçıları barədə hələlik məlumat verilmir.